HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

Şuşada XVIII əsr malikanəsi – Mehmandarovların evi

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində turistlərin ziyarət etdiyi məkanlardan biri də Mehmandarovların malikanə kompleksidir. Saray tipli tarixi yaşayış kompleksi XVIII əsrdə inşa olunub. Kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

Viran qalmış evlər, baş qaldıran çiçəklər – Ağdabandan görüntülər

Azərbaycanın füsunkar və təbiət gözəllikləri ilə zəngin bölgələrindən olan Kəlbəcər rayonunun Ağdaban kəndi həm də tarixində dərin izlər buraxan faciənin şahididir. Aprel ayının gəlişi ilə təbiətin canlanması burada bir tərəfdən ümid, digər tərəfdən isə dərin sükutla qarşılanır. Çünki bu torpaqlar 34 il əvvəl bəşəriyyət tarixində “Ağdaban faciəsi” kimi həkk olunan dəhşətli bir gecənin izlərini hələ də daşıyır.